Avropa İttifaqı (Aİ) ölkələri 2023-cü ilin birinci yarısında Azərbaycandan 25,395 milyon avro dəyərində (azalma 48,7%) 4,773 min ton qabığı təmizlənmiş meşə fındığı (azalma 43,9%) idxal edib.
Özbəkistan və Azərbaycan fındıq yetişdirmək barədə - RAZILIĞA GƏLDİ
FED.az xəbər verir ki, bu barədə Aİ-nin Statistika İdarəsinin materiallarına əsasən məlumat verilir.
Statistik məlumatlara görə, yanvar-iyun aylarında Azərbaycan Almaniyaya 13,708 milyon avro dəyərində (artım 34,2%) 2,539 min ton (artım 47%), İtaliyaya 7,441 milyon avro dəyərində (azalma 5,1 dəfə) 1,396 min ton meşə fındığı (azalma 4,7 dəfə) ixrac edib.
Çexiya, Estoniya, İspaniya, Fransa, Latviya, Polşa və Slovakiya Azərbaycandan kiçik həcmdə fındıq alıb.
2022-ci ildə Aİ ölkələri Azərbaycandan 58,103 milyon avro dəyərində (2021-ci illə müqayisədə artım 44,5%) 10,061 min ton meşə fındığı (artım 42,7%) idxal edib. (İnterfaks-Azərbaycan)