Mərakeş 2021-ci ildə iqtisadiyyatı ən sürətlə inkişaf edən beş Afrika ölkələri siyahısına liderlik edir.
Eləcə də bax: Pandemiyaya görə 32 milyondan çox insan ifrat yoxsulluq - Həddinə Çatacaq
FED.az xəbər verir ki, bu barədə “Global data” beynəlxalq konsaltinq və analitik şirkətinin ekspertləri bildiriblər. “Global Data” şirkətinin son hesabatında qeyd edilir ki, Krallıqda iqtisadiyyatın artımı 5,19 faiz təşkil edəcək ki, bu da 2021-ci ildə Afrika qitəsində ən yüksək göstərici olacaq.
Mərakeşin kənd təsərrüfatı göstəricilərini xüsusi ayıran konsaltinq şirkəti hesab edir ki, gözlənilən artım pul-kredit siyasətinə və vergi güzəştlərinə uyğun səmərəli peyvənd kampaniyası ilə şərtləndirilir.
Digər tərəfdən, “Global data” şirkətinin hesabatında deyilir ki, Afrika iqtisadiyyatı, 2020-ci ildə yarım əsr ərzində ən güclü resessiyanı yaşayaraq, 2021-ci ildə gözlənildiyi kimi 3,8 faiz artacaq. (Azərtac)