Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov İsveçrənin Credit Suisse bankının İdarə Heyətinin sədri ilə görüşüb.
Prezident: "Azərbaycan birbaşa xarici investisiyalar üçün cəlbedici ölkədir"
FED.az xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov Tvittür səhifəsində bildirib.
"Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda iştirakı çərçivəsində 18 yanvar tarixində Credit Suisse bankının İdarə Heyətinin sədri Aksel Lemanla qlobal təsirlər şəraitində maliyyə dayanıqlılığının təmin olunması, iqtisadi imkanlar və əməkdaşlıq potensialı barədə fikirlərimizi bölüşdük",- nazir bildirib.
Credit Suisse baş ofisi İsveçrənin Sürix şəhərində yerləşən qlobal bank və maliyyə şirkətidir.