Çin hakimiyyəti Amerikanın “King Meat Service” şirkətinin ət məhsullarının tərkibində raktopamin (əzələ kütləsini artırmaq üçün yem əlavəsi kimi istifadə olunan maddə) aşkar edildikdən sonra idxalı müvəqqəti dayandırıb.
Eləcə də bax: Çin Tayvandan bəzi məhsulların idxalını - DAYANDIRACAQ
FED.az xəbər verir ki, bu barədə cümə axşamı Çin Xalq Respublikasının Baş Gömrük İdarəsi məlumat yayıb.
“Çin Xalq Respublikasının qanunvericiliyinə uyğun olaraq, 2022-ci il avqustun 11-dən bu müəssisə tərəfindən göndərilən ət məhsulları üçün idxal bəyannamələrinin verilməsinin dayandırılması qərara alınıb”, - məlumatda deyilir.
İdarə məhdudiyyətlərin nə qədər müddətə tətbiq olunduğunu açıqlamayıb.
Raktopamin maddəsi kökəlməyə, ürək problemlərinə, baş ağrısı və spazmlara səbəb ola bilər. (Marja)