2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan rezidentlərinin xaricdə birbaşa xarici investisiyaları $759,146 milyon təşkil edib, bu da 2021-ci ilin 9 ayının göstəricisindən 51,5% çoxdur.
Səudiyyə Ərəbistanı Türkiyə Mərkəzi Bankına 5 milyard dollar - DEPOZİT QOYACAQ
FED.az xəbər verir ki, bu barədə Mərkəzi Bankdan məlumat verilib.
AMB-nin məlumatına görə, 2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan rezidentləri tərəfindən daha çox BƏƏ iqtisadiyyatına sərmayə yatırılıb - $134,446 milyon (2021-ci ilin 9 ayı ilə müqayisədə artım 25,5 dəfə) və ya bu dövr ərzində bütün BXİ-nin 17,7%-ni təşkil edir.
Həmçinin Azərbaycan rezidentlərinin BXİ həyata keçirdikləri TOP-5 ölkələrin sırasına daxildir: Avstraliya - $79,322 milyon (artım 106 dəfə), Türkiyə - $87,794 milyon (аrtım 6,7%), Niderlandı - $52,877 milyon (artım 6,8 dəfə) və Böyük Britaniya - $41,3158 milyon (azalma 2,6 dəfə).
2022-ci ilin yanvar-sentaybr aylarında Azərbaycan rezidentləri RF-yə BXİ-ni 17,6% - $9,571 milyonadək azaldıb və ya xaricdə bütün BXİ-nin 1,3%-ni təşkil edir. (İnterfaks-Azərbaycan)