2023-cü ilin yanvar-may aylarında Avropa İttifaqı (Aİ) ölkələrindən Azərbaycana ətir və tualet suyu ixracı illik hesablamada 16,7% - 114 tonadək artıb.
Aİ ölkələri Azərbaycana əczaçılıq məhsullarının ixracını - 10% ARTIRIB
FED.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Statistika İdarəsinin (Avrostat) materiallarında qeyd olunur.
Statistik məlumatlara əsasən, tədarük pul ifadəsində 55% artaraq 7,288 milyon avroya çatıb.
May ayında qeyd olunan məhsulların Azərbaycana tədarükü ildən ilə iki dəfə artaraq 35,6 ton , onların dəyəri 2,1 dəfə artaraq - 1,901 milyon avro təşkil edib.
Hesabat dövrü ərzində ixracatçılar arasında pul ifadəsində Almaniya (0,919 milyon avro, artım 2,7 dəfə) lider olub.
Həmçinin, bu ölkə Azərbaycan bazarına ətir və tualet suyu tədarükü üzrə pul ifadəsində və cari ilin ilk beş ayının yekunlarına görə (3,612 milyon avro, ildən ilə artım 72,3%) lider mövqedədir. Onun ardınca Fransa (1,689 milyon avro, artım 78,3%) gəlir.
O cümlədən, cari ilin yanvar-may aylarında Belçika, İspaniya, İtaliya, Lüksemburq, Niderland, Polşa, Portuqaliya və Slovakiya kiçik həcmlər tədarük edib.
Avrostatın məlumatına görə, 2022-ci ildə Aİ ölkələri Azərbaycana ətir və tualet suyu tədarükünü 2021-ci illə müqayisədə 2,7% - 306 tonadək artırıb. Pul ifadəsində ixrac 60,2% artaraq 16,992 milyon avroya çatıb. (İnterfaks-Azərbaycan)