Dünya bazarında bitki yağlarının bahalaşması Azərbaycana bu məhsulun idxalında statistik dəyərin artmasına səbəb olub.
Eləcə də bax: Kartof ixracından ölkəyə 40 milyon dollar - Valyuta Gəldi
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2021-ci ilin 7 ayı ərzində (yanvar-iyul) Azərbaycana 126 milyon 588 min dollar dəyərində 91 min 234 ton bitki mənşəli yağlar (palma, qarğıdalı, günəbaxan yağları və s.) idxal edilib.
Müqayisə üçün qeyd edə ki, 2020-ci ilin 7 ayında Azərbaycana 90 milyon 240 min dollar dəyərində 98 min 424 ton bitki mənşəli yağlar idxal edilmişdi. Beləliklə, bitki mənşəli yağların idxalı miqdar ifadəsilə 7 min 190 ton azalıb, statistik dəyər ifadəsilə 36 milyon 348 min dollar və ya 40,3% artıb. Qısası, Azərbaycan daha çox məbləğə daha az yağ alıb.
Qeyd edək ki, FAO Bitki mənşəli Yağ Qiymət İndeksi son 12 ayda 82% artıb. Dünya bazarlarında bitki yağları istehsalın gözləniləndən daha aşağı olacağı narahatlıqları və tələbin artması ilə əlaqədar olaraq bahalaşırlar. (Marja)