Məhsul yığımı ilə bağlı problemlərə görə 2023-cü ildə Kolumbiyadan gələn qəhvənin qiyməti artacaq.
Eləcə də bax: Qəhvə bazarında təlatüm: Dünyanın ən böyük tədarükçüsü - PROBLEM YAŞAYIR
FED.az xəbər verir ki, bu barədə ölkə rəsmiləri bildiriblər.
Əsas problem hava şəraiti ilə əlaqədardır. Məlumata görə, məhsuldarlıq 2021-ci illə müqayisədə yarıdan çox azalacaq. Kolumbiya üçün əsas çeşid olan Arabica-nın istehsalı artıq 22 faiz azalıb.
Bundan əlavə, gübrələrin bahalaşmasına, logistik çətinliklərə, qəhvənin daşınması üçün lazım olan qabların çatışmazlığına görə də qiymətlər artacaq.
“Qəhvənin qiymətinin bütün dünyada artacağı gözlənilir”, -Kolumbiya hökumətindən bildirilib. (Marja)