Dünyanın ən böyük qəhvə tədarükçüsü olan Braziliyada quraqlıq səbəbindən toxum ehtiyatları bu ilin yazına qədər tarixi minimuma çata bilər.
Eləcə də bax: Almaniyanın “Tchibo” qəhvə istehsalı şirkəti Rusiya bazarını - TƏRK EDİR
FED.az xəbər verir ki, bu barədə Milli Qəhvə Şurasının rəhbəri Silas Brazileyro bildirib.
Onun sözlərinə görə, mart ayına qədər ölkədə qəhvə ehtiyatları 60 kq ağırlığında yeddi milyon kisəyə enə bilər.
“Cecafe” ixrac qrupunun idarə heyətinin üzvü Nelson Karvalyayş qeyd edib ki, “Ehtiyatlar o qədər azalıb ki, gələn il yaxşı məhsul olsa belə, Braziliya, yəqin ki, tələbi qarşılamaq üçün çətinlik çəkəcək. Bizə sadəcə yağış lazımdır”.
Qəhvə istehlakı bu il 1,5%, keçən ilə misbətdə isə 2% artıb. Bununla da qlobal tələb artmağa davam edir. Tələb artdıqca qiymətlər də artır. Nyu-Yorkda “Arabica” qəhvə fyuçerslərinin dəyəri illik müqayisədə 11% artıb və analitiklər bu prosesin davam edəcəyinə inanırlar.
Qeyd edilir ki, vəziyyətin yaxın gələcəkdə dəyişməsi ehtimalı yoxdur. Yaxın aylarda Braziliyada quraqlıq artacaq və ikinci ən böyük qəhvə tədarükçüsü olan Kolumbiya, əksinə, həddindən artıq yağışla qarşılaşacaq. Əlverişsiz hava şəraiti Qvatemala, Honduras və Nikaraquadakı qəhvə plantasiyalarını da təhlükə altına qoyur. (Oxu.az)