Azərbaycan iqtisadiyyatı sürətli templərlə bərpa olur və 2021-ci ilin sonuna COVİD-19 koronavirus pandemiyasından əvvəlki göstəriciyə çatacaq.
Eləcə də bax: "Büdcə xərclərinə nəzarət artırılmalıdır"
FED.az xəbər verir ki, bu barədə maliyyə naziri Samir Şərifov bəyan edib.
“2020-ci ildə COVİD-19 koronavirus pandemiyası səbəbinsən azalan Azərbaycan iqtisadiyyatı sürətli templərlə bərpa olur. Gələn il iqtisadiyyatımızın pandemiyadan əvvəlki səviyyəyə qayıdacağı gözlənilir, lakin biz cari ilin sonunadək bu səviyyəyə çatacağıq”, - Şərifov cümə günü parlament komitələrinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, 2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda ÜDM-in artımı 4,8% təşkil edib.
Xəbər verildiyi kimi, həmçinin Dünya Bankı 2021-ci ilin sonunda Azərbaycan iqtisadiyyatının pandemiyadan öncəki səviyyəyə qayıdacağını proqnozlaşdırır.
Azərbaycan hökuməti 2021-ci ildə ÜDM-in artımını 5,1% səviyyəsində proqnozlaşdırır.
2020-ci ildə Azərbaycanda ÜDM-in azalması COVİD-19 və OPEC+ sazişi çərçivəsində neft hasilatının azaldılması səbəbindən 4,3% təşkil edib.