2021-ci ilin dövlət büdcəsində müdafiə və təhlükəsizlik xərcləri məlum olub.
FED.az Maliyyə Nazirliyinə istinadla xəbər verir ki, ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin təmin edilməsi, xüsusi müdafiə xarakterli layihələr və tədbirlər üçün maliyyə təminatının yaradılması 2021-ci il və ortamüddətli dövrdə də davam etdiriləcək.
Gələn il müdafiə və təhlükəsizlik xərcləri dövlət büdcəsi xərclərinin funksional təsnifatının bölmələri üzrə xərclərin ümumi büdcə xərclərində xüsusi çəkisi 15,3 faiz həcmində olacaq.