Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 29 276,85 ton şəkər ixrac edib ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 45,2% azdır.
Dövlət Gömrük Komitəsindən FED.az-a verilən məlumata görə, 2020-ci ilin doqquz ayında 12 372,10 min ABŞ dolları dəyərində şəkər ixrac olunub ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 46,6% azdır.
Cari ilin yanvar-sentyabr aylarında şəkərin ümumi ixracda xüsusi çəkisi 0,12%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 0,96%-ə bərabər olub.