Yeni metro stansiyaları tikilib, istifadəyə verildikcə stansiyalara yaxın ərazilərdə mənzillər baha olacaq.
Bakıda yeni tikiləcək 10 metro stansiyası harada yerləşəcək? - SXEM
FED.az xəbər verir ki, əmlak eksperti Ramil Qasımzadə deyir ki, elə hazırda da metroya yaxın ərazilərdə qiymət fərqi çoxdur. Adətən metro stansiyanın açılışından bir iki il əvvəldən həmin ərazilərə maraq artır.
Metro stansiyaların inşası paytaxtda ictimai nəqliyyatın inkişafına, tıxacın azalmasına səbəb olacaq.
"Ümumilikdə isə hazırda mənzil bazarında qiymət yüksəkdir", deyə ekspert vurğulayıb.