Daşınmaz əmlakın alqı-satqısı üzrə yalnız nağdsız qaydada həyata keçirilməli olan ödənişlərin əhatə dairəsi genişlənir.
Keçmiş məcburi köçkünlər üçün tikilmiş mənzillər bu tarixdən satışa çıxarılır - VİDEO
FED.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Nağdsız hesablaşmalar haqqında” qanuna təklif edilən yeni - 3.4.14-cü maddədə əksini tapıb.
Layihəyə əsasən, daşınmaz əmlakın alqı-satqısı üzrə, mənzil-tikinti kooperativinin üzvünün pay haqqı üzrə və bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrinin alınması ilə bağlı həyata keçirilən ödənişlər yalnız nağdsız qaydada həyata keçiriləcək.
Qanun qəbul ediləcəyi halda 2023-cü il fevralın 1-dən qüvvəyə minəcək.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.