2022-ci ilin yanvar ayında Azərbaycanda istismara verilən yaşayış evlərinin ümumi sahəsi 150,2 min kvadratmetr təşkil edib ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 11,3% çoxdur.
Eləcə də bax: Azərbaycanda tikinti materiallarının istehsalı kəskin artıb - CƏDVƏL
FED.az biznes və maliyyə xəbərləri portalı “İnterfaks-Azərbaycan”a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bu dövrdə yaşayış evlərinin tikintisinə kapital qoyuluşları 58,2 milyon manat (azalma 5,6%) təşkil edib.
Xəbər verildiyi kimi, 2021-ci ildə Azərbaycanda istismara verilən yaşayış evlərinin ümumi sahəsi 1 milyon 988,9 min kvadratmetr təşkil edib ki, bu da 2020-ci ilin göstəricisindən 61,9% azdır. 2021-ci il ərzində yaşayış evlərinin tikintisinə kapital qoyuluşları 1 milyard 29,5 milyon manat (azalma 27,8%) təşkil edib.