Azərbaycanda tikinti materiallarının istehsalı sahəsində 2022-ci il yanvar ayında istehsalın ümumi dəyəri 62,3 mln. manat olmaqla, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 85,1% artıb.
Eləcə də bax: Mismarından taxtasına qədər bahalaşan bazar – ARAŞDIRMA
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, emal edilən mərmər travertin, alebastr və onlardan məmulatların istehsalı 4,4 dəfə, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı 3,5 dəfə, betondan yığma tikinti konstruksiyaların istehsalı 69,4%, tikinti kərpicinin istehsalı 44,4%, tikinti gipsinin istehsalı 18,2% artıb, tikinti əhənginin istehsalı 9,4%, sementin istehsalı isə 6% azalıb.
Tikinti materiallarının istehsalı sahəsində istehsal edilən əsas məhsullar:
Mәhsul növlәri |
2022-ci ilin yanvar ayında istehsal edilib |
Әvvәlki ilin müvafiq ayına nisbәtәn, faizlә |
Sement, min ton |
219,5 |
94,0 |
Tikinti gipsi, min ton |
1,3 |
118,2 |
ondan әmtәәlik |
- |
- |
Tikinti әhәngi, min ton |
2,9 |
90,6 |
Sementdәn, süni daşdan vә ya betondan tikinti blokları vә kәrpiclәri, min ton |
11,2 |
3,5 d. |
Betondan yığma tikinti konstruksiyaları, min kub metr |
6,1 |
169,4 |
Asfalt, min ton |
4,5 |
132,4 |
Tikinti kәrpici, min kubmetr |
191,4 |
141,7 |
Hörmә üçün hazır beton qarışığı, min ton |
1 230,1 |
141,6 |
Emal edilmiş mәrmәr, travertin, alebastr vә onlardan mәmulatlar, ton |
1388,7 |
4,4 d. |