Xırdalanda partlayış baş vermiş ikimərtəbəli yaşayış evinin sakinlərinə kirayə pulu ayrılıb.
Eləcə də bax: Xırdalanda dağıntılar altından - 6 nəfər çıxarılıb
FED.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.
İ.Məmmədov deyib ki, təmir-tikinti işləri ilə bağlı isə tender elan olunub: “Tenderdə qalib müəyyənləşəndən sonra təmir-tikinti işləri də başlanacaq”.
Qeyd edək ki, 25 yanvar 2021-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən ikimərtəbəli yaşayış evində partlayış olub, uçqun baş verib. Nəticədə dağıntılar altında qalmış 6 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb, iki nəfər həyatını itirib. (Apa)