Son beş ilin rəsmi statistikası Azərbaycanda daşınmaz əmlak bazarının xarici ölkə vətəndaşları üçün getdikcə daha maraqlı olduğunu göstərir.
Bakının bir addımlığında - Şamaxıda ev və torpaqlar neçəyədir? - QİYMƏTLƏR
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Əmlak Məsələləri Dövlət Xidməti bildirib ki, 2021-2025-ci illər ərzində 57 ölkənin 6182 vətəndaşı Azərbaycanda 6913 daşınmaz əmlak alıb.
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev marağın artmasının səbəblərini izah edib. Bildirib ki, siyahıya açıq fərqlə Rusiya vətəndaşları başçılıq edir.
Onlar son beş ildə Azərbaycanda 4638 daşınmaz əmlak əldə ediblər. Növbəti sıralarda Gürcüstan, Türkiyə, Ukrayna, İran və Qazaxıstan vətəndaşları yer alır.
Mütəxəssislər deyir ki, xaricilərin Azərbaycanda əmlak almasında turizm faktoru da mühüm rol oynayır. Xüsusən də turistik bölgələrdə alınan daşınmaz əmlaklar gələcəkdə həm icarə, həm də satış yolu ilə ciddi gəlir vəd edir.
Mütəxəssislərin fikrincə, Azərbaycanın daşınmaz əmlak sahəsinin yaxın gələcəkdə daha da sürətlə inkişaf etməsi ölkəyə xaricdən külli miqdarda valyutanın cəlb olunmasına səbəb ola bilər.











