Xorvatiyanın gəmiqayırma şirkəti “Brodosplit” 547 mənzil üçün nəzərdə tutulmuş 230 metrlik unikal sərnişin laynerinin hazırlanmasına başlayıb.
Eləcə də bax: «Ağıllı» şəhər və «rəqəmsal əkizlər» dövrü - AZƏRBAYCANDA «3D İNQİLABI» BAŞLAYIR
Gəminin göyərtəsində onlarla restoran və bar, idman zalları, kitabxana, həmçinin çoxlu mağazalar, hovuzlar, fitnes mərkəzi və xəstəxana tikiləcək.
FED.az xəbər verir ki, Avstraliyanın “Storyline” startapının layihsəinin dəyəri təxminən 1.5 milyard dollardır.
Gəmi okeanlarda və dənizlərdə əbədi olaraq səyahət edəcək, bəzən limanlarda dayanacaq.
Laynerdəki mənzillərin sahəsi 22 ilə 133 kvadratmetr arasında dəyişəcək. Onların qiyməti bir milyondan səkkiz milyon dollara qədər olacaq. Bundan əlavə, arzu edənlər 650 min dollara iki il müddətinə mənzil kirayə götürə biləcəklər. (Oxu.az)