Son dövrlər əksər rayonlarda üçbucaq formada olan evlərin tikintisi çoxalıb.
FED.az xəbər verir ki, Qəbələ rayonunun Vəndam kəndində də belə evlərin sayı durmadan artır. Vətəndaşlar ənənəvi evlərin tikintisinə yox, məhz tez başa gələn bu evləri inşa etməyə maraq göstərirlər. Bəs buna səbəb nədir?
Kənd sakinlər bildirir ki, torpaq alan hər kəs ənənəvi deyil, məhz belə evlərin inşasına maraq göstərir. Çünki həm ucuz, həm də tez başa gəlir.
Bu evlərin tikintisinə xərclənən vəsait isə evin ölçüsü və otaq sayına görə dəyişir.
Belə evlərin tikintisinə marağın daha çox olmasının başqa bir səbəbi isə budur ki, rayona istirahətə gələnlərə baha qiymətə kirayə verilir. Eyni şəraitli normal evlə bu evin kirayəsi arasında xeyli fərq olur.
Sakinlərin alın şüşəsi adlandırdığı binanın ön hissəsi tamamilə şüşədən olduğu üçün ustalar bu evi dağlara və yaxud hansısa mənzərəyə baxan formada tikirlər ki, bu da qonaqlara müsbət təsir bağışlayır. (Xezerxeber.az)