Türkmənistan Prezident Sərdar Berdiməhəmmədovun iştirakı ilə sabiq dövlət başçısı Qurbanqulu Berdiməhəmmədovun şərəfinə adlandırılan Arxadağ ilk “ağıllı” şəhərin açılış mərasimi keçirilib.
Eləcə də bax: «Ağıllı» şəhər və «rəqəmsal əkizlər» dövrü - AZƏRBAYCANDA «3D İNQİLABI» BAŞLAYIR
Türkiyənin ilk yerli elektrik avtomobili - "Togg" Türkmənistana da Göndəriləcək
FED.az xəbər verir ki, mərasımdə əvvəl Türkmənistanın dövlət bayrağı qaldırılıb, daha sonra Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacir, Türkiyə Palatalar və Birjalar Birliyinin Direktorlar Şurasının sədri Rifat Hisarcıklıoğlu və "TOGG" şirkətinin nümayəndələri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın hədiyyə etdiyi iki elektromobilin açarlarını Türkmənistan Prezidentinə təqdim ediblər.
Yeni “ağıllı” şəhərin görünüşündə milli memarlıq ənənələri ilə memarlıq və dizayndakı müasir tendensiyaların birləşməsi müşahidə olunur. Arxadağ "ağıllı" şəhər həmçinin "ATƏT regionunda innovativ həllərlə dayanıqlı, yaşıl, iqlim baxımından əlverişli şəhərlərin inkişafı" layihəsinə qoşulub.
Aşqabaddan 30 kilometr cənub-qərbdə yerləşən Arxadağın tikintisinə 2019-cu ildən başlanılıb. Ahal vilayət inzibati mərkəzinin təməlqoyma mərasimində Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov iştirak edib.
Yeni şəhərdə təxminən 70 min insan yaşayacaq. Şəhərin tikintisi iki mərhələ üzrə aparılır. İki mərhələdə 400-dən çox kottec və çoxmərtəbəli evlərin tikilməsi planlaşdırılır ki, burada uşaqların yaşaması, istirahəti, tərbiyəsi üçün ən yaxşı şərait yaradılacaq.
Tikintinin birinci mərhələsi çərçivəsində 336 müasir bina, o cümlədən iki və çoxmərtəbəli yaşayış binaları, ictimai, təhsil, tibbi və mədəni obyektlər, idman qurğuları və mühəndislik sistemləri inşa edilib.
Şəhərdə ekoloji cəhətdən təmiz ictimai nəqliyyat növləri – elektrik avtobuslar və elektrik taksilər hərəkət edəcək. Burada "ağıllı parkinqdən", günəş panellərindən istifadə edəcək.