Türkiyənin zəlzələ bölgəsində 488 min yeni ev tikib vətəndaşlarımıza təhvil verəcəyik.
Türkiyənin zəlzələ bölgəsindəki yeni binalar - 4 Mərtəbədən Çox Olmayacaq
FED.az xəbər verir ki, prezident Ərdoğan bu barədə hökumətin iclasından sonra mətbuata açıqlamasında bildirib.
Prezident Ərdoğan deyib ki, mövcud plana görə, tikiləcək binaların 405 mini yaşayış yeri, 83 mini isə kənd evi olacaq.
“Məqsədimiz qarşıdakı 2 ayda 244 min yaşayış binasının və 75 min kənd evinin tikintisinə başlamaqdır. Bunlardan təxminən 22 mininin tikintisinə başlanılıb”, - deyə dövlət başçısı bildirib. (Azərtac)