Türkiyənin zəlzələ baş verən bölgələrində TOKİ sosial ev layihəsi çərçivəsində inşa ediləcək yeni binaların hündürlüyü 4 mərtəbədən çox olmayacaq.
Yüzlərlə insanın məzarına çevrilən bina ilə bağlı belə vəd veribmişlər - VİDEO
FED.az xəbər verir ki, bu barədə ölkə başçısı Rəcəb Tayyib Ərdoğan “Türkiyənin Milli Risk Qalxanı” layihəsinin təqdimatı zamanı bildirib.
O qeyd edib ki, qəsəbə planlarının yenidən müəyyən edilməsi zamanı şəhərlərin mümkün qədər düzənlikdən dağlara, möhkəm zəminə istiqamətləndirilməsi nəzərdə tutulur.
Ərdoğan əlavə edib ki, Kahramanmaraşda zəlzələlərdən zərər çəkmiş vilayətlərdə 214 min dağılmış, təcili sökülməli olan və ciddi zədələnmiş binanın olması müəyyən edilib. (Apa)