2022-ci ilin aprelində türkiyədə mənzillərin orta qiyməti 1 milyon lirəni keçib.
Endeksa qiymətləndirmə platformasının məlumatına görə, 2022-ci ilin aprelində Türkiyədə mənzillərin qiyməti illik hesabla 147% artıb. Mənzillərnin orta qiyməti 1 milyon lirəni keçərək 1,14 milyon lirə (71 min dollar) təşkil edib. Mənzillərin sahəsi üzrə orta göstəricini də nəzərə alanda Türkiyədə mənzillərin 1 kvadratmetrinin qiyməti 520 dollar təşkil edib.
Türkiyənin ticarət və maliyyə mərkəzi sayılan İstambulda mənzillərin qiyməti 173% artaraq orta qiymət 101 120 dollara yüksəlib. Ankarada orta qiymət 50 690 dollar, illik artım 129% təşkil edib.
Türkiyənin dünya şöhrətli kurortu olan Antalyada isə mənzillərin qiyməti son bir ildə 183% artaraq orta qiymət 89 740 dollara çatıb.
Yeri gəlmişkən, Türkiyə hökuməti ilk dəfə ev alanlar üçün güzəştli kreditlərə başladığın elan etdikdən sonra maliyyə nazirliyi və xəzinədarlığının əməadkşları evlərin qiymətini diqqətlə izləyirlər. Yeni şərtlərə görə, ilk dəfə ev alan, yəni indiyədək evi olmayanlar 2 milyon lirəyə (130 min dollar) qədər güzəştli kredit götürə biləcəklər. Kreditlər illik 0,99%-lə olmaqla 10 illik müddətə veriləcək.
İndiyədək hökumət qurumları evlərinin satış qiymətini həddən artıq artıran 64 min nəfər aşkar ediblər. Bunların əksəriyyəti ev sahibləri, bir hissəsi isə maklerlərdir.