Əmlak Məsələləri Dövlət Xidməti iyunun 7-də dövlət müəssisə və obyektlərinin növbəti partiyasını hərraca çıxarır.
FED.az xəbər verir kp, budəfəki hərracda 16 obyekt və müəssisə satılacaq. Əmlaklar Bakıda və ölkənin müxtəlif ərazilərində – Daşkəsən, Quba, Qusar, Xaçmaz, Göranboy, Neftçala və sair rayonlardadır.
Hərraca çıxarılan əmlaklar arasında hazır tikililər, hazırda fəaliyyət göstərən mağazalar, iri və kiçik torpaq sahələri var.
Obyektlərin ilkin qiymətləri fəirqlidir və 750 manatdan 400 min manatadək dəyişir. Hərraca qatılmaq istəyənlər 10% həcmində beh ödəməlidirlər.
Hərraca çıxarılan müəssisə və obyektlər aşağıdakılardır:
- Daşkəsən rayonu, Alunitdağ qəsəbəsi, Yardımçı təsərrüfat
- Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, 42 saylı mağaza
- Siyəzən şəhəri, Heydər Əliyev küçəsi, 55A, 52 saylı mağaza
- Şirvan şəhəri, 1 May küçəsi, 19, 27 saylı mağaza
- Şirvan şəhəri, Hacıqabul gölünün qərb hissəsi, Mal tövləsi
- Salyan rayonu, Peyk kəndi, Yüksəliş yardımçı təsərrüfatı
- Yevlax şəhəri, Aran qəsəbəsi. 5 saylı mağaza
- Quba rayonu, Talış kəndi Talış kənd klubu
- Qusar rayonu, Hil kəndi, Qusar Kərpic sexi
- Goranboy rayonu, Səfikürd kənd klubu
- Goranboy rayonu, Qazanbulaq qəsəbə Mədəniyyət evi
- Ağsu şəhəri, Melioratorlar qəsəbəsi, Qeyri-yaşayış binası
- Şəki şəhəri, B.Məmmədov küçəsi, 29, 2 saylı hamam
- Neftçala rayonu, Həsənabad qəsəbəsi, Mirqurbanlı məhəlləsi, 98D, Kirayə Təmir Sahəsi
- Neftçala rayonu, Həsənabad qəsəbəsi, H.Z.Tağıyev küçəsi, 143A, Emalatxana binası
- Neftçala rayonu, Bankə qəsəbəsi, Ə.Gözəlov küçəsi, 2A, Maye qaz satışı sahəsi
- Xaçmaz rayonu, Nabran kəndi, İnternat məktəbinin yarımçıq tikilisi