Daşınmaz əmlak və Daşınmaz Əmlaka İnvestisiya Tərəfdaşlığı Dərnəyi (GYODER), "Türkiyə Daşınmaz Əmlak Sektoru 2019: 2-ci Rüb" hesabatını dərc edib.
ELƏCƏ DƏ BAX : Tikintiyə icazə üçün ödəniş təLəb olunmur - KOMİTƏDƏN AÇIQLAMA
FED.az hesabata istinadən xəbər verir ki, əcnəbilərə mənzil satışları 2019-ci ilin ilk yarısında ötən ilin müvafiq dövrü ilə müqayisədə 68,9% artım ilə 19 min 952-yəyüksəlib.
Əcnəbilər Türkiyədə ən çox İstanbul (44,3%) və Antaliyada (21,2%) mənzil alırlar. 2019-cu ilin 1-ci yarısında Türkiyədə ən çox mənzili İraq, İran və Rusiya Federasiyası vətəndaşları alıblar.
Xəbər verdiyimiz kimi, 2019-cu ilin Yanvar-İyun dövründə (ilk 6 ayda) isə azərbaycanlılar Türkiyədə 531 mənzil alıblar. 2018-ci ilin eyni dövründə bu say 414 idi.
2019-cu ilin Yanvar-İyul dövründə (7 ayda) isə azərbaycanlılar Türkiyədə 623 mənzil alıblar (orta hesabla hər gün 3 mənzil). 2018-ci ilin eyni dövründə bu say 487 idi. Azərbaycanlılar Türkiyədə mənzil alan xaricilər arasında 15-ci yerdədir.
mənbə : marja.az