Avqustun 30-da Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə Bakı şəhərində “Bir pəncərə” prinsipi üzrə icazələrin verilməsi ilə tanışlıq üçün press-tur təşkil edilib.
FED.az xəbər verir ki, tədbirdə çıxış edən komitə sədrinin müşaviri Rüfət Mahmud jurnalistlərə elektron sistemin fəaliyyəti ilə bağlı məlumat verib.
Eləcə də bax: Tikintiyə icazə xidmətlərinin əksəriyyəti - ÖDƏNİŞLİ OLACAQ - SİYAHI
Qeyd olunub ki, sözügedən sistem əsasən biznes qurumları və şirkətlər üçün nəzərdə tutulub. Xatırladaq ki, ödəniş tələb olunmayan xidmət ekspertiza tələb olunmayan və Bakı şəhərindəki tikililərər aiddir.
R.Mahmud diqqətə çatdırıb ki, tikintiyə icazə proseduru xeyli sadələşdirilib və tam ödənişsizdir. Elektron sistem bu ilin əvvəlindən fəaliyyətə başlayıb.