"Yasamalda gölün ətrafında abadlaşdırma işini biz yox, İcra Hakimiyyəti aparıb. Bir daha bildirirəm ki, Bakının Yasamal rayonunda “Tri Korona” kimi tanınan binaların yaxınlığında, gölün ətrafında heç bir tikinti işi aparılmır".
Eləcə də bax: Minlərlə adamı aldadıb SOCAR-ın ərazisində - TORPAQ SATIBLAR
FED.az xəbər verir ki, bunu ərazinin məxsus olduğu "Lake Residace" şirkətinin durektoru Çingiz Məhərrəmov deyib.
Ç. Məhərrəmov qeyd edib ki, son vaxtlar ərazi ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılır: "Biz həmin ərazidə heç bir tikinti işi aparmamışıq. Belə bir fikrimiz də yoxdur. Ərazidə Yasamal rayon İcra Hakimiyyəti abadlıq işi aparıb, bir neçə gün ordakı məişət tullantılarını daşıtdırıb". (Apa)