Azərbaycanda prezident İlham Əliyevin 19 mart 2019-cu il tarixli fərmanı ilə tikintilərə icazə ilə bağlı yaradılan yeni qurumun - Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin göstərəcəyi pullu xidmətlərin siyahısı məlum olub.
Eləcə də bax: Tikinti ilə bağlı yeni qurum yaradıldı - FƏRMAN
FED.az xatırladır ki, dövdət başçısının fərmanı ilə adı çəkilən qurum Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin tabeliyində olan Xüsusi Layihə-Smeta Bürosunun və Şəhər Ərazisinin Tikinti-Planlaşdırma İdarəsinin əsasında yaradılıb. Təsdiqlənən siyahıdan məlum olur ki, tikintiyə icazə ilə əlaqəli xidmətlərin əksəriyyəti ödənişlidir.
Hələlik göstərilən xidmətlərə görə, ödənişlərin məbləği müəyyən edilməyib. Fərmanda dövlət başçısı Nazirlər Kabinetinə tapşırıb ki,
siyahıda göstərilmiş xidmətlərə görə ödənilən xidmət haqqı məbləğlərini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla bir ay müddətində təsdiq etsin.
Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin göstərdiyi ödənişli xidmətlərin SİYAHISI
(Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 mart tarixli Fərmanı ilə təsdiq edilmişdir)
№ |
Xidmətin adı |
1. |
Sifarişçinin sorğusu ilə Bakı şəhərinin ərazisində aparılacaq tikintinin icazə verilən parametrlərinin verilməsi |
2. |
Dövlətə və bələdiyyəyə məxsus torpaq sahəsinin ayrılması ilə bağlı tikinti niyyətinə dair rəy verilməsi |
3. |
Bakı şəhərinin inzibati ərazisində yol və mühəndis-kommunikasiya təminatı sistemi üçün trasların müəyyənləşdirilməsi |
4. |
Təsdiq üçün təqdim edilən şəhərsalma əsaslandırılması layihələrinin yoxlanılması |
5. |
Tikintisinə icazə tələb olunan tikinti layihələrinin şəhərsalma sənədlərinə uyğunluğunun yoxlanılması: |
5.1. |
məlumatlandırma icraatının şamil edilmədiyi fərdi yaşayış evləri layihələrinin |
5.2. |
çoxmənzilli yaşayış binaları layihələrinin |
5.3. |
qeyri-yaşayış binaları layihələrinin |
5.4. |
infrastruktur (yol tikintisi) layihələrinin |
5.5. |
texniki və mühəndis qurğuları layihələrinin |
5.6. |
mühəndis-kommunikasiya xətləri layihələrinin |
5.7. |
digər obyektlərin layihələrinin |
6. |
Tikilinin istismarına icazə verilməsi ilə bağlı Bakı şəhərinin ərazisində yerləşən tikinti obyektlərinə baxış keçirilməsi
|
7. |
Bakı şəhərinin inzibati ərazisində tikintiyə icazənin müddətinin uzadılması ilə bağlı sənədlərin tərtibi |
8. |
Mərkəzin arxivində saxlanılan sənədlərin surətlərinin verilməsi |
9. |
Bakı şəhərinin inzibati ərazisində açıq sahələrdə əsaslı tikili olmayan iaşə obyektlərinin və səyyar ticarət obyektlərinin yerləşdirilməsinin və quraşdırılmasının uyğunluğunun müəyyənləşdirilməsi |