Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən indiyə kimi tikinti obyektlərində əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı həyata keçirilən monitorinqlərin sayı açıqlanıb.
FED.az-ın məlumatına görə, qurumun səyyar monitorinqlərinin 2 illik fəaliyyətinə həsr olunan mətbuat konfransında Mərkəzin müdir müavini Murad Fətullayev deyib ki, indiyədək 158 monitorinq həyata keçirilib:
Eləcə də bax: Azərbaycanın tikinti şirkəti zərəri - AÇIQLADI
"Monitorinqdə ümumilikdə 6120 nəfər yoxlanılıb. Bu şəxslərdən 1185 nəfərin əmək və ya xidməti müqavilə olmadan işə cəlb edildiyi aşkar edilib. Monitorinq edilmiş işəgötürənlərin sayı 300 olub. Monitorinq zamanı qeyri-rəsmi məşğulluq səviyyəsi 19,4 faiz təşkil edib''.
Report