Ötən il gəlirlərinin 4 dəfəyə yaxın artmasına baxmayaraq “Continental Construction and İndustrial CO” mənfəətə çıxa bilməyib.
FED.az xəbər verir ki, təmir və tikinti xidmətləri göstərən “Continental Construction and İndustrial CO” ASC 2018-ci ili 82 min 458 manat zərər ilə başa vurub. 2017-ci illə müqayisədə şirkətin zərəri 13 dəfə artıb. “Continental Construction and İndustrial CO” 2017-ci ili 6 min 277 manat zərər ilə bağlamışdı.
Eləcə də bax: Yasamaldakı tikinti şirkəti - MÜFLİS OLDU
2017-ci illə müqayisədə ötən il “Continental Construction and İndustrial CO”nun gəlirləri 3,7 dəfə artaraq 3 milyon 181 min manat təşkil edib. Şirkət 2017-ci ildə 849 min manat cəmi gəlirlər əldə etmişdi.
Gəlirlər ilə bərabər xərclər də artıb. Ötən il şirkətin xərcləri gəlirlərindən çox - 3 milyon 264 min manat təşkil edib. Xərclər gəlirləri üstələdiyindən zərər yaranıb.
“Continental Construction and İndustrial CO” ASC 04 avqust 2010-cü il tarixində fəaliyyətə başlayıb. Cəmiyyətin əsas fəaliyyət istiqaməti əsaslı tikinti, əsaslı təmirə əsaslanaraq, istənilən inzibati, ictimai bina, şəxsi obyektlər, ofislər, fərdi evlərin tikintisi həyata keçirilməsindən ibarətdir.
Marja