Azərbaycanda tikinti obyektlərinə dair tələblər dəyişir.
Eləcə də bax: Böyük tender elanı - 18 ƏDƏD ÇOXMƏRTƏBƏLİ BİNA TİKİNTİSİ
FED.az xəbər verir ki, bununla əlaqədar Şəhərsalma və Tikinti Məcəlləsinə təklif edilən dəyişiklik Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sentyabrın 11-də keçiriləcək iclasının gündəliyinə daxil edilib.
Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, tikintisinə icazə tələb olunan obyektlərin tikinti layihələrinin hazırlanması və tikintisinin həyata keçirilməsi, eləcə də həmin tikinti obyektlərinin yerləşəcəyi torpaq sahələrinin planlaşdırılması üçün zəruri ilkin məlumatlar əldə etmək məqsədi ilə mühəndis-axtarış işləri yerinə yetirilir. Mühəndis-axtarış işləri şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun yerinə yetirilir.
Tikintiyə icazə verilməsinin ümumi qaydalarına da yeni əlavələr edilir. Qanun layihəsinə əsasən, artıq bütün natamamlıqlar ərizəçiyə eyni zamanda bildirilməlidir. Ərizəçi sənədlərin tamlığını məlumatı aldığı tarixdən ən geci 10 gün müddətində təmin etməlidir. Bu zaman tikintiyə icazə icraatı üçün nəzərdə tutulmuş müddətin axımı dayandırılacaq. Sənədlərin tamlığının təmin edilməsi barədə ərizəçinin müraciətindən sonra müddətin axımı bərpa olunacaq. (Apa)