Ağac və tikinti materiallarının satışı üzrə fəaliyyətlə məşğul olan “Konstromat” Açıq Səhmdar Cəmiyyəti nizamnamə kapitalını 196 min manat artırır.
FED.az xəbər verir ki, şirkət hər birinin nominal dəyəri 10 manat olan 19 600 ədəd adi, adlı, sənədsiz səhmlər buraxıb.
Yerləşdirmə uğurla tamamlanarsa “Konstromat” ASC-nin ödənilmiş nominal (nizamnamə) kapitalı 4 min manatdan 200 min manata çatdırılacaq.
Hazırda ASC-nin səhmləri 400 ədəd olmaqla 100% Əkbərov Rasim Naib oğluna məxsusdur.
2023-cü ilin yanvar-iyun aylarında emitentin əsas əməliyyat gəlirləri 17 milyon 221 min manat, satışın maya dəyəri 13 milyon 580 min manat, ümumi mənfəəti 3 milyon 641 min manat, əməliyyat mənfəəti 2 milyon 685 min manat, xalis mənfəəti isə 2 milyon 164 min manat təşkil edib.
Qeyd edək ki, “Konstromat” ASC 05 avqust 2013-cü ildə yaradılıb. Nizamnamə kapitalı 4000 min manatdır. Qanuni təmsilçisi Tural Məlikov Yasin oğludur.
Anderrayter "“İnvest-AZ İnvestisiya Şirkəti” QSC şirkətidir
04.02.2022-ci il tarixində “Konstromat” MMC təşkilati- 12 hüquqi formasını dəyişərək “Konstromat” QSC kimi yenidən dövlət qeydiyyatına alınıb. 01.11.2023-cü il tarixində “Konstromat” QSC təşkilati-hüquqi formasını dəyişərək “Konstromat” ASC kimi yenidən dövlət qeydiyyatına alınmışdır.
Şirkət Norm sement zavodunun istehsal etdiyi, Klass A ( 400 marka) və Klass B (300 marka) kisə bağlamada olan sement məhsullarının distributor olduğu Azərbaycan Respublikasının, Bakı, Abşeron, Sumqayıt, Qobustan, Oğuz, İsmayilli, Balakən, Qəbələ, Şəki, Zaqatala, Qax, Göyçay, Bərdə, Ağcabədi, Naftalan, Füzuli, Tərtər, Ağstafa, Daşkəsən, Gəncə, Göy-Göl, Şəmkir, Mingəçevir, Gədəbəy, Goranboy, Qazax, Yevlax, Tovuz şəhər və rayonlarında yerləşən pərakəndə ticarət mərkəzlərinə və tikinti şirkətlərinə satışını həyata keçirir.