“Ulduz” Firması (VÖEN: 6600012311) adını və təşkilati-hüquqi formasını dəyişir.
FED.az xəbər verir ki, şirkət “MES OĞUZ” Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrildiyini elan edir.
Qeyd edək ki, “Ulduz” Firması 10 oktyabr 1997-ci ildə yaradılb. 11 min 827 manat nizamnamə kapitalına malikdir.
Qanuni təmsilçisi Etibar Camaləddinov Səlim oğludur.
Hüquqi ünvanı Oğuz rayonu, Oğuz şəhəri, Oğuz-Şəki şossesidir.