Ötənilki durğunluqdan sonra Azərbaycanda tikniti materiallarının istehsalı sürətlə artmağa başlayıb.
Azərbaycanda tikinti materiallarının istehsalı artıb - CƏDVƏL
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, yanvar-iyun aylarında ölkədə 374 milyon manatlıq tikniti materialı istehsla edilib. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 40% artıqdır.
Belə ki, bu il
Betondan yığma tikinti konstruksiyalarının istehsalı isə 2,1 dəfə,
sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı 76,2 faiz,
emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatların istehsalı 83,1 faiz,
tikinti gipsinin istehsalı 33,7 faiz,
hörmə üçün hazır beton qarışığının istehsalı 41,6 faiz,
tikinti əhənginin istehsalı 29,6 faiz,
sementin istehsalı 8,4 faiz,
tikinti kərpicinin istehsalı 16,8 faiz artıb.
Bununla yanaşı, bəzi məhsulların satışı hələlik qənaətbəxş səviyədə deyil və onların anbar ehtiyatları artmaqdadır. Belə ki, hazırda anbarlarda 125 min ton sement var. Bu ilin əvvəlindən istehsla edilən sementin 7%-i qədərdir.
Gipsin 27%-i, əhəngin 42%-i, sementdən hazırlanan blokların 55%-i, tikinti kərpiclərinin isə 4%-i anbarlarda qalıb.
Qeyd edək ki, istehsal həcmində belə kəskin artım iki səbəblə bağlıdır: ötən il istehsalın aşağı düşməsi və azad olunan ərazilərdə aparılan tikniti işləri. Amma əsas səbəb ötən ilki istehsalın azalmasıdır.
Məsələ bundadır ki, 2019-cu ilin yanvar-iyun aylıranda ölkədə təqribən 400 milyon manatlıq tikniti materialı buraxılmışdı. Həmin dövrdə müqayisədə 2021-ci ilin göstəricisi təqribən 6,5% azdır.
Bununla yanaşı, bu il bəzi məhsulların istehsla həcmi 2019-cu ili üstələyir. Belə ki, sement istehsalı 2019-dan 8%, beton qarışığı 50%, tikinti kərpicləri 16% və sair artıqdır.