Azərbaycanda ali məktəblərin və tələbələrin sayının artması daşınmaz əmlakla bağlı yeni biznes imkanları yaradır. Bütün dünyada geniş yayılan yataqxana biznesini ölkəmizdə də qurmaq olar.
Eləcə də bax: Damda çimərlik və çay keyfi – TERRASINIZ VARMI? – ƏMLAK BAZARI
FED.az bu bizneslə ciddi maraqlananlar üçün ənənəvi tələbə yataqxanasının tikintisi xərclərini təqdii edir. Təbii ki, reallıqda bu xərclər müxtəlif amillərdən asılı olaraq bizim hesablamadan fərqlənə bilər. Amma istənilən halda bu biznesə başlamaq istəyənlər üçün təqribi təsəvvür yaradır. Yataqxana tikmək neçəyə başa gəlir?
Eləcə də bax: Bakıda 42 milyon dollara - TƏLƏBƏ YATAQXANASI TİKİLƏCƏK
Ənənəvi tələbə yataqxanası
Söhbət ölçüləri 14 m X 55 metr olan 5 mərtəbəli yataqxanadan gedir. Yataqxana 105 otaq-nömrədən və 110 ədəd əlavə otaqlardan ibarətdir. Nömrə-otaqlardan 4-nün sahəsi 41,3m2-dir, digər 101 otağın sahələri isə 13,5 m2-dan 23,4 m2-ə kimi dəyişir. Otaqların sayını və sahəsini nəzərə alanda yataqxanada eyni vaxtda 250-350 yaxın tələbə yaşaya bilər.
Müxtəlif təyinatlı əlavə otaqların sahələri isə sahəsi 3,5 m2-dən 5,5m2-a qədər dəyişir. Bunlardan başqa, yataqxanada 10 camaşırxana (sahəsi 10,4m2), 10 mətbəx (14,6m2), 10 hamam otağı (12,5m2), 10 sanitar qovşağı (17,2m2) var. Yataqxana binasında hər mərtəbədə dəhliz (116,4m2) də nəzərdə tutulub. Ümumilikdə yataqxanadakı yaşayış sahəsi 2530 m2, köməkci sahələr 1070 m2 təşkil edir. Yataqxananın ümumi sahəsi 3600m2-dir.
Eləcə d\ə bax: Bir kafenin xərcləri nə qədərdir? – HESABLAMA – STATUS
Göründüyü kimi bu yataqxanada sanitar qovşaqları və ayaqyolu ümumidir. Bu variant tikinti xərclərinə qənaət etməklə yanaşı, otaqların sahəsindən maksimum istifadə etməyə də imkan verir. Eləcə də, burada tələbələrn xörək hazırlaması və paltar yuyulması üçün də lazımi şərait yaradılıb.
Ölçülərini və hündürlüyünü nəzərə alanda belə yataqxananı tikmək üçün torpaq sahəsinin eni azı 40 metr, uzunluğu 85 metr olmalıdır. Başqa sözlə, belə yataqxana tikmək istəyənlər minimum 34 sot torpaq sahəsinə malik olmalıdırlar. Yeri gəlmişkən, şəhərin mərkəzinə bu ölçülərdə torpaq sahəsi tapmaq o qədər də asan olmadığından, yataqxana tikmək istəyənlər çox güman ki, şəhər kənarına üz tutmalı olacaqlar. Beləliklə...
Eləcə də bax: İstixana (parnik) biznesi sərfəlidirmi? - HESABLAMA
Torpaq işləri – 12,4 min manat
Torpaq işləri özül çalasının ekskavatorla qazılmasını, özül və döşəməyə qırma daşın və qumun verilməsini, eləcə də əks doldurulmanı nəzərdə tutur. 2300 m3 bünövrənin qazılması 5 750 manata, digər işlər 2500 manata başa gəlir. Torpaq işlərində tələb olunan 1200 m2 rubiroidin alınması 2 640 manata, hər biri 40 m3 olmaqla qırma daşın və qumun alınması isə 1520 manata başa gəlir.
Dəmir-beton işləri - 357,7 min manat
Dəmir-beton işlərinə - özül, döşəmə, rigel, kəmər və pilləkən torunun toxunması, bura beton verilməsi üçün qəliblərin düzəldilməsi, eləcə də özülə, kəmərə, döşəməyə və pilləkənə beton tökülməsi daxildir. 800 m2-lik özülün hər kvadratmetrinin düzəldilməsi 12 manata, 4440 m2-lik digər beton sahələrin hazırlanması isə kvadratı 12 manata başa gəlir. Nəticədə dəmir-beton işlərində əmək haqqı 63 min manat ətrafındadır.
Material xərcləri isə bundan təqribən 5 dəfə artıqdır. Belə ki, dəmir-beton işləri üçün tələb olunan 142 ton armaturun, 1540 m3 betonun alınması ümumilikdə 295 min manata çatır.
Hörgü işləri – 88,5 min manat
Yataqxananın tikintisində hörgü işlərinə qalınlığı 40 sm, sahəsi isə 4200 m2 olan xarici divarların mişar daşı ilə, eləcə də qalınlığı 8 sm, sahəsi isə 1560 m2 olan daxili divarların kərpiclə hörülməsi daxildir. Bu işlərə mişar daşının yuxarı mərtəbəyə daşınmasında əl işləri də aiddir. Hörgü işinin 1 m2-i xarici divarda 4 manata, daxili divarda isə 2,5 manata başa gəlir. 70 min ədəd mişar daşının yuxarı daşınması isə 3500 manata başa gəlir.
Ümumilikdə hörgü işləri üçün 94 000 mişar daşı, 40 560 kərpic, 64 ton sement və 183 kubmetr qum tələb olunur.
Suvaq işləri – 56,5 min manat
Yataqxana tikintisində suvaq işləri xarici (2770 m2) və daxili divarların (10200 m2) suvanmasını əhatə edir. Suvaq işi xarici divarda 3,5 manata, daxili divarda 2,5 manata başa gəlir. Suvağa 302 m3 qum, 106 ton sement sərf edilir.
Fasad işləri 11,2 min manat
Fasad işlərinə evin fasadının ayaqaltılarının qurulması (2300 m2) və fasadın (2770 m2) emulsiya ilə rənglənməsi daxildir. Fasadın hər kvadratmetrinin rənglənməsi 2,5 manata, ayaqaltının hər kvadratmetrinin qurulması 1,5 manata başa gəlir. Bu işlər üçün 525 kq emulsiyanın alınması 840 manata başa gəlir.
Çardaq işləri – 27,5 min manat
Çardaq işləri - yataqxananın üstündə çardağın və aksessuarların qurulması (7 manatdan 1050 m2), çardaq döşəməsinin izolyasiyası daxildir (1 manatdan 800 m2). Bu işlər üçün tələb olunan 1150 m2 izolyasiya materialı 2 070 manat, 21 m3 çardaq xərpələri 5 460 manat, 3000 metr reyka 1500 manat, 1150 m2 dam örtüyü və aksessuarları isə 10350 manat xərc tələb edir.
Döşəmə və kafel işləri – 125 min manat
Yataqxanada döşəmə və kafel işlərinə otaqların 2529 m2-lik döşəməsinin taxta ilə düzəldilməsi (6 manatdan) və cilalanması (2 manatdan), döşəməyə dolğu və lak vurulması (1 manatdan), 1070 m2-lik döşəmənin metlaxla döşənməsi üçün əvvəlcə hazırlıq qatının vurulması (2 manatdan), sonra isə metlaxla üzlənməsi (6 manatdan), 1400 m2 divarın isə kafellə üzlənməsi (8 manatdan) aiddir.
Elektrik işləri – 20,4 min manat
Elektrik işlərinə 5 sayğacın, 140 avtomat açarın, 400 rozetkanın, 280 elektrik açarının, 400 «spot» tipli lampanın, 110 çilçırağın və elektriklə işləyən 20 ədəd su qızdırıcısının - «Ariston»un quraşdırılması, eləcə də 3200 metrə yaxın müxtəlif ölçülü naqillərin (metri 0,2-0,5 manatdan) çəkilməsi daxildir.
Santexnika işləri - 15,5 min manat
Yataqxana tikintisində santexnika işlərində ümumi uzunluğu 660 metr olan müxtəlif ölçülü su və kanalizasiya borularının quraşdırılması, əl-üz yuyanların, kranların, ayaqyolu avadanlıqlarının, mətbəx üçün yuyucunun, eləcə də elektrik və qaz sobalarının alınıb quraşdırılması üçün əmək haqqı xərcləri 3746 manatdır. Material xərclərinin əsas hissəsini 40 əl-üz yuyan, 10 vanna və 30 unitaz, mətbəx üçün 10 yuyucu, 10 sobanın, eləcə də 30 dəst su qarışdırıcısının alınması təşkil edir.
Daxili abadlıq (malyar) işləri – 47,5 min manat
Daxili abadlıq işləri divarların və tavanın şpaklyovkalanması (7900 m2), eləcə də daxili divarların emulsiya ilə rənglənməsini (10 950 m2) əhatə edir. Bu işlər üçün material xərclərinə istifadə olunan şpaklyovkaların (7000 kq – 1750 manat) və emulsiyanın dəyəri (3500 kq – 5600 manat) aiddir.
Tavan işləri – 15,5 min manat
Tavan işlərinə tavanın bir hissəsinin şpaklyovkalanması (3050 m2), digər hissəsinin isə lambrinlə (550 m2) üzlənməsi daxildir. Tavan işləri üçün material xərclərinə lambrinin (600 m2) alınması aiddir.
Pəncərə-qapı və pilləkən – 80,5 min manat
Yataqxana tikintisində ümumi sahəsi 24 m2 olan dəmir qapıların, 259 m2 plastik qapının, 287 m2 plastik pəncərənin, 124 m2 taxta qapının alınıb quraşdırılması nəzərdə tutulub. Quraşdırma işləri bütün növ qapı-pəncərələr üçün kvadratı 15 manatdan görülür. Pəncərə və qapı işlərinə pilləkənin quraşdırılması da daxildir.
Kran, ekskavator və istilik təchizatı işləri
Yataqxana tikintisi kimi iri miqyaslı tikintidə iri tikinti texnikası, o cümlədən kran və ekskavatorsuz keçinmək mümkün deyil. Bu layihə üzrə tikinti zamanı kran və ekskavator işi ümumilikdə isə 50 min manata başa gəlməsi nəzərdə tutulur. Bundan başqa, sifarişçinin istəyi ilə binada istilik təchizatı sistem idə qurula bilər. Bu sistemin qurulması təqribən 50 min manata başa gəlir. Eləcə də inventarlar və əlavələrin alınması üçün əlavə təqribən 50 min manat xərc çəkilməlidir.
Yataqxananın tikintisi xərcləri
Beləliklə, göründüyü kimi, göstərilən layihə üzrə 3 mərtəbəli 105 otaqlı yataqxananın tikintisi təqribən 1 010 min manata başa gəlir. Xərclərin 320 manatı və ya təqribən 32%-i əməkhaqqının, 690 min manatı və ya təqribən 68%-i isə material xərclərinin payına düşür. Bu hesablamaya əsasən göstərilən layihə üzrə yataqxananın 1m2-nin tikintisi təqribən 280 manata başa gəlir. Burada yaradılan şəraiti və komfortu nəzərə alanda əla göstəricidir. Üstəlik, bu sadəcə yaşayış yeri deyil - biznes obyektdir və gələcəkdə gəlir gətirəcək. Yekun qiymətə tikinti təşkilatının əlavə xərclərı, torpağın qiyməti və vergi xərclərı daxil deyil.