Tanınmış mühasib, mühasibat uçotu üzrə mütəxəssis Aydın Kərimov iaşə müəssisəsinin gəlirli işləməsi üçün tələb olunan təqribi dövriyyəsini və bu zaman ödənilməsi təoəb olunan xərcləri və vergiləri hesablayıb.
Eləcə də bax: Restoran-kafe və çay evləri - İŞƏ BAŞLAYIR
FED.az xəbər verir ki, mühasibin fikrincə, bu sahədə sahibkarlarvın şəffaf fəaliyyəti üçün vergi və sosial ödənişin dərəcəsi yüksəkdir və bu aşağı salınmalıdır. A.Kərimov yazır:
Dövlət orqanları son illər sahibkarlıq fəaliyyətinin leqallaşmasını istəyir.
Hətta karantin dövründən də istifadə edilir.
Bəs əsas problem nədir?
Misal üçün bir ictimai iaşə obyektini- kafeni götürək.
Gündəlik maaş- Müdir 30 AZN, Adminstrator- 20 AZN, Aşpaz- 20 AZN, Ofsiant- 15 AZN, Xadimə- 15 AZN.
Aylıq 3.000 AZN ödəmək üçün sosial fonda, işsizlik fonduna, icbari tibbi sığortaya 927 AZN hesablanmalıdır. Yəni əmək haqqı fondunun 28 faizi.
Hələki, 8.000 AZN-ə qədər gəlir vergisindən azaddır. Yoxsa 42% olardı (28+14).
İcarə haqqı- 800 AZN, İcarə haqqından vergi- 112 AZN (800X14%). Sadələşdirilmiş vergi 250 AZN, Elkektrik- 200 AZN, Su- 70 AZN, Təsərrüfat, təmir və digər xərclər- 441 AZN.
Təqribi aylıq xərc- 5.800 AZN.
Cəmi vergi və sosial ödənişlər- 1.289 AZN (927+112+250) edir.
Bu ümumi dövriyyənin 8,6 faizini təşkil edir (1.289:15.000x100).
Fəaliyyət göstərməsi üçün kafenin minimim aylıq dövriyyəsi 12.000 AZN (gündəlik- 400 AZN), normal fəaliyyət üçün 15.000 AZN (gündəlik 500 AZN) olmalıdır.
Bu əksər sahibkarlar üçün mümkün olmur. Digər xərcləri azalda bilmədikləri üçün vergi və sosial ödənişləri az yazırlar.
Çıxış yolu sosial sığortanı (cəmi-25%) və ödəmə mənbəyində vergini (14%) mümkün qədər aşağı salmaqdır».