2023-cü ilin 1-ci rübündə Tbilisidə evlərin qiymət artımı davam edib.
Tbilisidə kirayə haqları ikiqat artıb - EVLƏRİN SATIŞ QİYMƏTİ REKORD VURUB
FED.az xəbər verir ki, hazırda ən bahalı ərazi şəhərin Mtasminda adlanan rayonudur.
Gürcüstanın Milli Statistika idarəsinin məlumatına görə, 2023-cü ilin 1-ci rübündə Tbilisidə evlərin qiyməti 0,9%, illik ifadədə isə 10,7% bahalaşıb.
Evlərin növündən asılı olaraq qiymət artımı dəyişir. Belə ki, bina evlərinin qiyməti 9,3%, həyət evlərinin qiyməti isə 11,6% bahalaşıb. İlin əvvəlindən bəri mənzillərin qiymətində 2,4%, həyət evlərinidə isə 3,5% artım var.
Rəqəmlər göstərir ki, hazırda Tbilisidə ən bahalı evlər Mtasminda rayonundadır, sonrakı yerləri Vake vəSaburtalo adlanan ərazilər tutur.
Belə ki, Mtasminda ərazisindlə mənzillərin bir kvadratmetrinin qiyməti 4 919 lari və ya 1 963 dollardır. Bu ərazidə həyət evlərinin bir kvadratmetrinin qiyməti isə 3 619 lari və ya 1 444 dollar təşkil edir.