2023-cü ilin oktyabrında Tbilisidə yaşayış mənzilləri ilə alqı-satqı əməliyyatların sayı 3387 ədəd təşkil edib. Əməliyyatların keçən ilin oktyabr ayı ilə müqayisədə 20% azalıb.
Gürcüstanın məşhur qış kurortları – Bakuryani və Qudauridə - EVLƏRİN QİYMƏTLƏRİ
FED.az xəbər verir ki, bu barədə Coliers daşınmaz əmlak şirkəti bildirib.
Bazarın həcmi 10% azalaraq 216 milyon dollar olub.
2023-cü ilin oktyabr ayında Tbilisidə yeni layihələr üzrə əməliyyatlarda 19% azalma qeydə alınıb. Köhnə layihələrdə 2022-ci ilin oktyabr ayı ilə müqayisədə satışlar 22% azalıb. Bundan başqa, tələbin azalmasına baxmayaraq, Tbilisinin kənarında yeni tikililərin qiyməti 2023-cü ilin yanvar-oktyabr aylarında 2022-ci ilin eyni dövrü ilə müqayisədə 17%, mərkəzdə isə 13% artıb.
Yanvar-oktyabr aylarında təkrar bazarda mənzillərin qiymətləri 24% artıb.
Batumidə mənzil satışları 26% azalıb
2023-cü ilin yanvar-oktyabr aylarında Batumidə yeni mənzillərin orta çəkili satış qiyməti 2022-ci ilin eyni dövrü ilə müqayisədə 16% artıb, təkrar bazarda isə artım 9% təşkil edib.
Colliers daşınmaz əmlak şirkətinin məlumatına görə, 2023-cü ilin oktyabrında Batumidə yeni layihələr üzrə alqı-satqı əməliyyatlarda 26% azalma müşahidə olunub. Köhnə layihələrdə bu göstərici 2022-ci ilin oktyabr ayı ilə müqayisədə 21% azalıb.
2023-cü ilin oktyabr ayında Batumidə yaşayış mənzilləri ilə əməliyyatların cəmi sayı 1247 ədəd təşkil edib və əvvəlki ilin oktyabr ayı ilə müqayisədə 26% azalıb.
Bazarın həcmi 20% azalaraq 55 milyon ABŞ dollarına düşüb. (Marja)