Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Şirvanda 25 ədəd sosial bina tikəcək.
Bu dəfə MİDA-nın ilk mənzili 27-ci saniyədə satıldı – UCUZ MƏNZİLLƏR, QİYMƏTLƏR
FED.az xəbər verir ki, MİDA-nın regionda növbəti layihəsi - Şirvan Yaşayış Kompleksi Şirvan şəhəri, Naxçıvan küçəsində yerləşir. Yaşayış kompleksinin ümumi sahəsi 8,11 hektar təşkil edir.
MİDA-dan bildirilib ki, yaşayış kompleksi 14 doqquzmərtəbəli və 11 on ikimərtəbəli olmaqla 25 binadan ibarət olacaq. Bu binalarda ümumilikdə 1264 mənzil olacaq.
Bütün mənzillər tam təmirli və mətbəx mebeli ilə təchiz olunmuş vəziyyətdə vətəndaşlara təklif olunacaq.
Yaşayış binaları ilə yanaşı ərazidə sosial-məişət obyektlərinin, uşaq oyun meydançalarının, 80 yerlik olmaqla 1 uşaq bağçasının və 960 şagird yerlik ümumtəhsil məktəbinin istifadəyə verilməsi nəzərdə tutulub. (Apa)