Xəbər verildiyi kimi, bu gün, 29 iyulda Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) təşkil etdiyi mənzillərin növbəti satışı baş tutub.
Yeni parkinqlərdə yığılacaq pullar bu qurumlara çatacaq - PREZİDENTDƏN FƏRMAN
FED.az xatırladır ki, 29 iyul – 11 avqust tarixlərində ödkənin 3 yerində - Bakı Şəhəri Yasamal Yaşayış Kompleksində, Bakı şəhəri Hövsan Yaşayış Kompleksində və Gəncə Yaşayış Kompleksində mənzillərin güzəştlə satışı keçirilir. Satışlar, yəni mənzil seçimi bu gün saat 11-dən başlayaraq keçirilib.
İnformasiya texnologiyalvrı üzrə ekspert, Azərbaycan İnternet Forumunun prezidepnti Osman Gündüz satışları izləyənlərdən biri olaraq ilk mənzilin 27-ci saniyədə seçildiyin bildirib.
Qeyd edək ki, bu müddət kiçik görünə bilər, amma əvvəlki seçimlərdə bu müddət daha az – 4-5 saniyəyə düşmüşdü və bu da seçim zamanı alıcılar tərəfindən xüsusi texnologiyaların tətbiq olunması şübhəsi yaradırdı. MİDA elan edib ki, “Güzəştli mənzil” sistemində 2023-cü il 29 iyul–11 avqust tarixlərində keçiriləcək mənzil seçimi prosesinə əlavə təhlükəsizlik tədbirləri tətbiq edilib.
Satışlara nəzarətin sərtləşməsi nəticəsində isə seçim daha «normal» müddətlərə düşüb.
Osman Gündüz yazır ki, bugünkü satışlarda 13 mindən artıq iddiaçı aktiv görünürdü: «İlk mənzil seçimi 27-ci saniyədə baş tutdu. İştirakçıların bəziləri ilk seçimin 29-cu saniyədə olduğunu bildirdilər. Xatırladıram ki ötən dəfə ilk seçim 31-ci saniyədə baş tutmuşdu. DEMO ilə real satış modulu gözlənildiyi kimi fərqliydi».
MİDA seçim prosesində olan CAPTCHA -nın (6 rəqəmli kod) həm mahiyyətini, həm də yerlərini dəyişmişdi. Beləliklə, MİDA-nın növbəti satışı ciddi fəsadlar (# sistemin çöküşü, DDOS hücumlar, girişin kütləvi bloklanması, Asan imza və eGov problemləri və s.) olmadan yekunlaşdı.
Ekspert vurğulayıb ki, artıq ikinci satışdır ki, MİDA Ernst&Young beynəlxalq auditor şirkətinin xidmətlərindən istifadə etmir: «Güman ki, kritik informasiya infrastrukturun təhlükəsizliyi ilə bağlı dəyişikliklərdən sonra bu məsələlərə DTX nəzarət edir. Satış prosesini RİNN, DTX, XRİTDX, mobil operatorlar, magistral provayderlər və s. qurumların nümayəndələri real vaxtda izləyiblər».
Qeyd edək ki, elana əsasən bu dəfə Yasamal rayonu, Xarici dairəvi yolu “6” ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 436 mənzilin, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hava Limanı-Zığ şosesi 8-ci km, “10L” ünvanında yerləşən Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 510 mənzilin və Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsində yerləşən Gəncə Yaşayış Kompleksi üzrə 243 mənzilin - yəni ümumilikdə 1189 mənzilin satışı nəzərdə tutulur. Bu hesabla hər mənzilə 11 istifadəçi iddia edib.
Mənzillərin seçimi və satışı 29 iyul 2023-cü il tarixində saat 11:00-da başlayacaq və 11 avqust 2023-cü il tarixi saat 11:00-dək davam edəcək. Şərtlərə əsasən sözügedən ərazilərdə mənzillərin alınması zamanı aylıq ödəniş müvafi q olaraq 128 manat, 143 manat və 147 manatdan başlayır.
Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə:
Studio tipli mənzillərin qiyməti – 33 222 manatdır,
1 otaqlı mənzillərin qiyməti – 33 687 manatdan,
2 otaqlı mənzillərin qiyməti – 53 580 manatdan,
3 otaqlı mənzillərin qiyməti – 70 642 manatdan başlayır.
Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə:
Studio tipli mənzillərin qiyməti – 34 085 manat,
2 otaqlı mənzillərin qiyməti – 49 028 manatdan,
3 otaqlı mənzillərin qiyməti – 61 897 manatdan,
4 otaqlı mənzillərin qiyməti – 83 895 manatdan başlayır.
Gəncə Yaşayış Kompleksi üzrə:
Studio tipli mənzillərin qiyməti – 29 623 manatdan,
2 otaqlı mənzillərin qiyməti – 47 940 manatdan,
3 otaqlı mənzillərin qiyməti – 61 829 manatdan,
4 otaqlı mənzillərin qiyməti – 81 685 manatdan başlayır.
Qeyd: Mənzillərin satış qiymətinə ƏDV daxildir.