Prezident İlham Əliyev Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanına dəyişikliuk edib.
Yeniyetmələrin boğulduğu çimərlik - QANUNSUZ İMİŞ - FHN: BİZƏ MÜRACİƏT OLUNMAYIB - VİDEO
FED.az xəbər verir ki, dəyişikliyə əsasən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin səlahiyyətləri dəqiqləşdirilib və bir qədər genişləndirilib.
Belə ki, fərmana əsasən, Təhlükə potensiallı və ya dövlət əhəmiyyətli tikinti obyektlərinin siyahısını Nazirlər Kağineti ilə razılaşdırmaqla Komitə təsdiq edəcək. İndiyədək bu səlahiyyət Nazirlər Kağinetində idi.
Bundan başqa, Məcəllədə 4.7-1.2.1-ci və 4.7-1.2.2-ci yarımbəndlərə dəyişiklik edilib.
Dəyişikliyə əsasən Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinə münasibətdə – yanındakı Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi qismində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi nəzarət edir.
Eyni zamanda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının əhatə etdiyi şəhər və rayonların inzibati ərazilərində tikinti obyektlərinə münasibətdə – yanındakı Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi qismində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi nəzarət edir.
Bundan başqa, fərmana əlavə edilən yeniliyə əsasən bir neçə şəhər və (və ya) rayon (şəhər rayonu istisna olmaqla) inzibati ərazi vahidi ərazisində yerləşən tikinti obyektlərinə münasibətdə –Dövlət Şəhərsalma və Arxitektura Komitəsi nəzarət edir.
Digər inzibati ərazi vahidlərində tikinti obyektlərinə münasibətdə – yerli icra hakimiyyəti orqanları nəzarət edir.