Azərbaycanda Bolqarıstanın tikinti şirkətlərinin fəaliyyəti üçün imkanlar var.
Bakıda yeni ərazidə sosial mənzillər tikiləcək – 30-A YAXIN BİNA
FED.az xəbər verir ki, bu barədə Bolqarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ruslan Stoyanov deyib.
R.Stoyanovun sözlərinə görə, şübhəsiz, qida sənayesi və avadanlığı üçün mallar, şərab və spirtsiz içkilər, parfümeriya və kosmetika məhsulları, dərman vasitələri, geyim, ayaqqabı, mebel, sanitar-texniki avadanlıq, tikinti materialları, elektron və elektrotexniki mallar, elektrik mühərrikləri, maşınlar, yük qaldırıcı maşınlar və s. tədarükü sahəsində Azərbaycanla aktiv əməkdaşlıq üçün əlavə mümkün istiqamətləri nəzərdən keçirmək olar.
"Azərbaycan tərəfi həmçinin kənd və meşə təsərrüfatı sahəsində əməkdaşlığa maraq göstərib. Azərbaycan tərəfindən həyata keçirilən ümumi dövlət əhəmiyyətli bir sıra infrastruktur obyektlərinin, o cümlədən dəmir yolu və avtomobil infrastrukturunun, yaşayış və ofis binalarının və s. tikintisi nəzərdə tutulan irimiqyaslı daxili investisiya proqramını nəzərə adıqda tikinti ticari-iqtisadi əməkdaşlığın daha bir perspektiv istiqamətini təşkil edir ki, bu da Bolqarıstanın tikinti şirkətləri üçün imkanlar yaradır", - bolqar diplomat deyib. (Trend)