Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) tabeliyində "MİDA" MMC Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 1, korpus 5 ünvanında yerləşən 9,0 ha torpaq sahəsində çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar satınalmalar üzrə tender elan edib.
Bakıda daha bir ərazidə - SOSİAL EVLƏR TİKİLƏCƏK - 13 BİNA - AÇIQLANDI
FED.az xəbər verir ki, bu həmin ərazidə sosial mənzillərin tiknitisi üçün artıq 2-ci tenderdir. Bundan əvvəlki tender 13 binanın tikintisini əhatə edirdi.
Yeni tender isə 16 binanın və ərazidə sosial obyektlərin – uşaq bağçasının tikintisini əhatə edir.
Belə ki, tender aşağıdakı lotlar üzrə keçirilir:
Lot-5 - 14, 15, 16 nömrəli çoxmənzilli yaşayış binalarının və 80 yerlik uşaq bağçasının tikintisi.
Lot-6 - 17, 18, 19, 20, 21 və 22 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisi.
Lot-7 - 23, 24, 25, 26, 27 və 28 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisi.
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini imzalanmış, möhürlənmiş, ikiqat bağlamada, yazılı surətdə təqdim etsinlər. Tender təkliflərinin qiymətləndirilməsi və müqayisəsi tenderin əsas şərtlər toplusunda müəyyənləşdirilmiş kəmiyyətcə qiymətləndirilən meyarlar əsasında həyata keçiriləcəkdir.
Tender predmeti haqqında ətraflı məlumat tenderin əsas şərtlər toplusunda verilir. Maraqlananlar tenderin əsas şərtlər toplusunu (Azərbaycan dilində hazırlanmış) tenderdə iştirak etmək üçün yazılı müraciət edib qeydiyyata alındıqdan sonra hər bir lot üzrə aşağıdakı hesaba qeyd olunan məbləğdə iştirak haqqı ödəməklə Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 31 ünvanından (əlaqələndirici şəxs: Əliyev Vüqar Təyyar oğlu, telefon: (+99412) 594-54-01, daxili 239, email: [email protected]) ala bilərlər.
Benefisiarın adı: "MİDA" Məhdud Məsuliyyətli Cəmiyyəti
Hesab nömrə: AZ18AIIB38030019440029636102
VÖEN: 1701953921
B1.Benefisiar (alan): Kapital Bank ASC
Adı: Mərkəz filialı
Kodu: 200026
VÖEN: 9900003611
S.W.İ.F.T.: AIIBAZ2X
Müxbir hesab: AZ37NABZ01350100000000001944
İştirak haqqı lotlar üzrə
Lot 5 - 1100 (min yüz) manat
Lot 6 - 1800 (min səkkiz yüz) manat
Lot 7 - 1800 (min səkkiz yüz) manat
Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.
Podratçılar iddiaçı statusu almaq və tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri (rəsmi blankda və möhürlə təsdiq olunmuş qaydada) təqdim etməlidirlər.
1. Tenderdə iştirak etmək üçün ərizə;
2. İştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
3. Tender təklifi (tender təklifi zərflərinin açıldığı gündən sonra azı 60 (altmış) bank günü qüvvədə olmalıdır);
4. Tender təklifinin təminatı - bank zəmanəti (təklifin ümumi qiymətinin 1% (bir) faizi məbləğində və tender təklifinin qüvvədə olma müddətindən 30 (otuz) bank günü çox qüvvədə olmalıdır);
5. Podratçı haqqında tələb olunan sənədlər. Bu sənədlərə aşağıdakılar daxildir:
lPodratçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
lAzərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi və sosial müdafiə orqanından arayış;
lPodratçının son 3 (üç) ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
lPodratçının son 3 (üç) ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
lPodratçının inşa etdiyi analoji tikililər barədə "Tikinti obyektinin istismarına icazə" sənədinin notarial qaydada təsdiq edilmiş surəti;
lPodratçının ixtisas göstəricilərinə dair məlumatlar (bu məlumatlar tenderin əsas şərtlər toplusunda tələb olunan sənəd və formalarda təqdim edilməlidir);
lPodratçı son 3 (üç) il (2020-2022) ərzində Azərbaycan Respublikasında bütün sosial infrastrukturla təmin edilmiş yaşayış komplekslərində "Tikinti obyektinin istismarına icazə" sənədi əsasında çoxmənzilli binalarda ümumi sahəsi azı 15 000 (on beş min) m2 mənzil təhvil vermiş olmaldır;
lPodratçının son 3 (üç) il (2020-2022) ərzində tikinti quraşdırma işləri üzrə maliyyə dövriyyəsi azı 30 000 000,00 (otuz milyon) manat olmalıdır.
lDigər sənədlər: tenderdə xarici şirkətlər iştirak etdikdə onların Azərbaycanda nümayəndəliyinin olmasını təsdiq edən sənədlər.
İddiaçılar 1, 2 və 5-ci bəndlərdə qeyd olunan sənədləri 9 iyun 2023-cü il saat 17:00-dək Tender komissiyasına təqdim etməlidirlər. Həmin sənədlərdən hər hansı birini təqdim etməyən və ya ixtisas göstəricilərinə dair tələblərə uyğun olmayan iddiaçının tender təklifi qəbul olunmur.
İddiaçılar öz tender təkliflərini (imzalanmış, möhürlənmiş, ikiqat bağlama zərfdə) 20 iyun 2023-cü il saat 17:00-dək yuxarıda qeyd olunan ünvana təqdim etməlidirlər. Göstərilən tarixdən gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. Tender təklifi zərfləri 21 iyun 2023-cü il saat 15:00-da "MİDA" MMC-də açılacaqdır.