Türkiyədə xaricilərin aldığı evlərin 40%-i Antalyanın payına düşür.
Azərbaycanın Türkiyədə tikəcəyi şəhər belə olacaq – FOTOLAR, VİDEO
FED.az Türkiyə Statistika İnstitutuna (TÜİK) istinadən xəbər verir ki, bu ilin ilk 3 ayında Antalya xaricilərə satılan evlərin sayına görə, İstanbulu arxada qoyub. Belə ki, xaricilərə satılan evlərin 38%-i Antalyada yerləşir, evlərin çoxunu rusiyalılar alır.
Ümumiyyətlə bu ilin ilk 3 ayında Türkiyədə xaricilərə satılan evlərin sayı ötən ilə nisbətən 24% azalıb. Bu dövrdə İstanbulda xaricilərə 3600 ev satılıb ki, bu da 40% aşağıdır.
Antalya da isə satışlar artıb – ilk 3 ayda xaricilərə 4177 ev və mənzil satılıb.
Xatırladaq ki, 2022-ci ildə Türkiyədə xaricilər 68000 ev və mənzil alıblar ki, bunun da təqribən 16 minini rusiyalılar alıb.