Azərbaycan tərəfindən Kahramanmaraşda inşa ediləcək min mənzil və sosial binalardan ibarət layihə təqdim olunub.
FED.az “Haber Global”a istinadən xəbər verir ki, görüntülər Türkiyənin İctimai Mənzil idarəsinin “Twitter” səhifəsində yayımlanıb.
Bildirilib ki, əraziyə Azərbaycan məhəlləsi adı veriləcək.