“Vətəndaşlar bələdiyyələrdən torpaq alıb, banklara ödəniş edib, yerli icra hakimiyyətindən icazə alıblar. Bu insanlar 20 il bu evdə yaşayıblar, övladları o evdən əsgər gedib”.
Bələdiyyələrin qanunsuz satdığı torpaqlardan 13 089 Hektarı Geri Qaytarılıb
FED.az xəbər verir ki, bunu bu gün Milli Məclisin iclasında parlamentin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov bildirib.
Rəşad Mahmudov deyib ki, 2020-ci illərdə torpaqların sərhədləri müəyyənləşəndən, elektron xəritələr tərtib olunandan sonra bu torpaqların bələdiyyələrin səlahiyyətinə daxil olmayan ümumi istifadədəki torpaqlar olduğu üzə çıxıb: “İndi insanlar əllərində 20 il əvvəl bələdiyyənin sənədi, banka ödəniş, müvafiq dövlət qurumlarının icazələri ilə evlərinə çıxarış almağa gedir, cavab verilir ki, həmin sənədlər saxtadır. Bu məsələ ilə bağlı mənə 3 nəfər müraciət edib, ona görə məsələni parlamentdə qaldırmağa qərar verdim. Belə məsələlərin həlli də diqqət mərkəzində olmalıdır”. (Apa)