"Qəbələ İnşaat" Məhdud Məsuliyyətli Cəmiyyətinin 2025-ci il üzrə maliyyə göstəriciləri açıqlanıb.
“Qəbələ İnşaat” MMC-nin mənfəəti artıb - HESABAT
FED.az biznes və maliyyə xəbərləri portalı şirkətin hesabatına istinadən xəbər verir ki, MMC-nin ötən il gəlirləri 10 milyon 74 min manat, satışlar və xidmətlərinin maya dəyəri isə 8 milyon 8 min manat olub.
Hesabat dövründə şirkətin ümumi mənfəəti 2 milyon 66 min manat, əməliyyat mənfəəti isə 81 min manat təşkil edib. Şirkət ötən il 16 min 185 manat mənfəət vergisi ödəyib. Nəticədə il üzrə 64 min 743 min manat mənfəət əldə edib.
Həmçinin MMC-nin aktivlərinin həcmi ötən ilin sonunda 5 milyon 534 min manat olub ki, bu da 2024-cü illə müqayisədə 931 min manat (20,2%) artım deməkdir.
2025-ci ilin sonunda şirkətin cəmi öhdəliklərinin həcmi 4 milyon 625 min manat olub ki, bu da, illik müqayisədə 864 min manat (23%) çoxdur. Bu dövrdə “Qəbələ İnşaat” MMC-nin cəmi kapitalı ötən ilin sonunda 910 min manat olub. Bu, 2024-cü illə müqayisədə 67 min manat və ya 8% artım deməkdir.
Hesabat ilində nizamnamə kapitalı dəyişilməyərk 200 manat həcmində, kapital ehtiyatları isə dəyişilməyərək 668 min 436 manat həcmində olub.
Hesabat dövründə şirkətin bölüşdürülməmiş mənfəətinin həcmi 2024-cü illə müqayisədə 67 min manat manat (38,5%) artaraq 241 min 263 manata çatıb.









!["Qəbələ İnşaat" MMC-nin aktivləri artıb – [red]ŞİRKƏT MƏNFƏƏTDƏDİR - HESABAT[/red] | FED.az](upload/news/small/3231618.jpg)
!["Qəbələ İnşaat" MMC-nin aktivləri artıb – [red]ŞİRKƏT MƏNFƏƏTDƏDİR - HESABAT[/red] | FED.az](upload/news/small/480252.jpg)
!["Qəbələ İnşaat" MMC-nin aktivləri artıb – [red]ŞİRKƏT MƏNFƏƏTDƏDİR - HESABAT[/red] | FED.az](upload/news/small/3164490.jpg)
!["Qəbələ İnşaat" MMC-nin aktivləri artıb – [red]ŞİRKƏT MƏNFƏƏTDƏDİR - HESABAT[/red] | FED.az](upload/news/small/3640978.jpeg)
!["Qəbələ İnşaat" MMC-nin aktivləri artıb – [red]ŞİRKƏT MƏNFƏƏTDƏDİR - HESABAT[/red] | FED.az](upload/news/small/1572053.jpeg)








