Azərbaycanda tikinti kooporativinin əmlakı vergi borcuna görə hərraca çıxarılacaq.
FED.az Banker.az-a istinadən xəbər verir ki, “Luxe Home” Mənzil-Tikinti Kooperativi (MTK) barəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) Bakı Kommersiya Məhkəməsinə müraciət edib.
Eləcə də bax: Azərbaycanda istənilən şəxs öz əmlakını - HƏRRACDA SATA BİLƏCƏK - YENİLİK
DVX-in Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi kommersiya məhkəməsinə müraciətində qeyd edilir ki, “Luxe Home”nin 18 noyabr 2019-cu il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 87 min manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 144 min manat məbləğində siyahıya alınmış əmlakının açıq hərracda satılmalıdır.
Kommersiya məhkəməsi DVX idarəsinin bu iddiasının təmin edilməsi ilə bağlı qərar qəbul edib.
Görünür, ötən ilin sonundan bəri, şirkət hələdə vergi ödəmir. Belə ki, 16 iyun 2020-ci il tarixinə olan məlumata görə, “Luxe Home” MTK-nın vergi borcunun həcmi 95 min manat məbləğinin üzərinə keçib.
Kooperativ 2014-cü ildə təsis edilib. Şirkət premium sinifi üzrə tiklilərə sahibdir. Həmçinin Bakı ş. , Nərimanov r. , İsmayıl Hidayətzadə küçəsi, 130 ünvanında “Luxe Home” yaşayış kompleksinə sahibdir.