Azərbaycanda ötən ay ərzində istehsal edilən tikinti materiallarının həcmi açıqlanıb.
Eləcə də bax: Azərbaycanda tikinti materiallarının istehsalı kəskin artıb - CƏDVƏL
FED.az biznes və maliyyə xəbərləri portalı Trend-ə istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, tikinti materiallarının istehsalı sahəsində 2022-ci il yanvar ayında istehsalın ümumi dəyəri 62,3 milyon manat olmaqla, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 85,1 faiz artıb.
Emal edilmiş mərmər travertin, alebastr və onlardan məmulatların istehsalı 4,4 dəfə, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı 3,5 dəfə, betondan yığma tikinti konstruksiyaların istehsalı 69,4 faiz, tikinti kərpicinin istehsalı 44,4 faiz, tikinti gipsinin istehsalı 18,2 faiz artıb, tikinti əhənginin istehsalı 9,4 faiz, sementin istehsalı isə 6,0 faiz azalıb.